- Offside
- 17:18 23.11.2024
FİFA təşkilatının prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onun baəsində apardığı istintaq müddətində vəzifəsini icra edəcək.
Corner.az xəbər verir ki, bu barədə FİFA-nın bəyanatında bildirilib.
Qeyd olunub ki, o, səlahiyyətlərini icra edəcək, İsveçrə və digər ölkələrdəki səlahiyyətli şəxslərlə əməkdaşlığını davam etdirəcək.
Xatırladaq ki, İsveçrə Federal Məhkəməsi FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmalara başlayıb. İtaliyalı funksioner vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.(report)