- Offside
- 19:12 05.12.2025
Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” bu turda səfərdə Batumi “Dinamo”sunun qonağı olub və 0:2 hesabı ilə uduzub.
Nicat da bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə zədə səbəbindən əvəzlənib.
Qeyd edək ki, N.Qurbanov bu mövsüm 3 qol vurub.