5 dekabr 2025. Cümə

15 saniyəyə ermənini nokaut etmişdim


  • Offside
  • 01:24 04.08.2020
  • Oxunma sayı: 394
15 saniyəyə ermənini nokaut etmişdim

Peşəkar kisboksçumuz “ağ canavar” ləqəbli Eduard Məmmədov Bakusport.az saytına müsahibə verib.

Corner.az həmin müsahibəni sizə təqdim edir;

25 dəfə dünya, 7 dəfə Avropa çempionu olan idmançımızın açıqlamalarını təqdim edirik.

- Ölkəmizdə pandemiya ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- Bütün dünyada olduğu kimi ölkəmizdə də idman yarışları təxirə salınıb. Bu bəladan uğurla çıxacağımıza inanıram. Ölkə başçısı İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva virusa qalib gəlməyimiz üçün xeyli işlər görür. Xəstəxanalar açılır. Biz də üzərimizə düşəni edib xəstəlikdən qorunmalıyıq.

- Qarşıda hansı yarışlara qatılmağı düşünürsən?
- WAKO versiyası üzrə iki ildən bir Avropa və dünya çempionatları keçirilir. Keçən il iki versiya üzrə dünya çempionu oldum. Bu il Avopa çempionatı gözlənilir dekabrda. Avqustun 20-dən sonra Beynəlxalq Kikboks Federasiyasının iclası olacaq. Vəziyyətlə əlaqədar müəyyən qərarlar veriləcək.

- Tələbələrini hansı yarışlar gözləyir?
- Bu il yeniyetmə və gənclərin dünya çempionatı olmalı idi. Amma pandemiyaya görə ləğv olundu. Tələbəm Anar Məmmədov isə böyüklərin Avropa çempionatında iştirak edəcək. Şahverdiyev Qiyas isə hərbi xidmətdədir. Mənə çox xoşdur ki, tələbələrim vətənə xidmət edirlər. Mən tək idmançı yox, həm də əsgər yetişdirirəm. Təbii ki, sabah Ali Baş Komandanımız desə ki, döyüş əlcəklərini çıxardıb silah götürüb müharibəyə gedin, biz həmişə buna hazırıq.

- Tanınmış idmançımız Pərviz Abdullayev “Survivor” yarışmasına qatılmışdı. Sənə də belə təklif gəlsə necə reaksiya verərsən?
- Mən ora gedə bilmərəm. Çünki, ora 2 həftənin, 2 ayın layihəsi deyil. Demək olar, yarım il davam edir. Mən “Fort Boyar”da da olmuşam. Amma bu 2 həftəlik bir yarış idi. Mən ailəmdən, uşaqlarımdan, idmandan, işimdən bu qədər ayrı qala bilmərəm. Mən həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşıyam, polis polkovnik-leytenantıyam. İşimdən də ayrıla bilmərəm. Bizim üçün çox xoş idi ki, Pərviz orada iştirak etdi. Onun fiziki hazırlığı – hər şeyi əla idi. Onun “torbasını tikib” yola saldılar. Pərvizlə fəxr edirəm.

- Son vaxtlar Ermənistanla bağlı yaranan gərginlik idmanda da təsirini göstərə bilər?
- Mən dəfələrlə erməni idmançılarla döyüşmüşəm. Hamısında da vaxtından qabaq qalib gəlmişəm. Ən yadda qalan döyüşüm isə Yunanıstanda olmuşdu. 15 saniyəyə ermənini nokaut etdim. Görüş başlayan kimi qarnından zərbə endirdim. Dizi üstə çökdü və qalxa bilmədim. Onun məşqçisi ayağa qalxması üçün qışqırırdı. Mən isə bayrağımızla rinqdə dövr edirdim. Biz bütün idman növlərində onlardan üstünük. Tələbəm Amin Quliyev keçən il ermənini məğlub etmişdi. Mən onunla söhbət etmişdim, inandırmışdım ki, qalib gələcəksən. Elə də oldu. Mənim tələbələrim hər an ermənilərlə döyüşə hazırdır. Həm fiziki, həm də psixoloji cəhətdən.

- Bəzən səni televiziya seriallarında görürük. Qarşıda yenə belə bir layihə var?
- Mənə bir-iki dəfə təklif gəlmişdi. Amma mən artıq çəkilmirəm. Hər bir idmançının öz xasiyyəti var. Mən sırf idmançıyam, eyni zamanda məşqçiyəm və DİN əməkdaşıyam. Seriallara və filmlərə çəkilmək istəmirəm. Vaxtımı özümə, ailəmə, işimə və tələbələrimə həsr edirəm.







Offside