5 dekabr 2025. Cümə

Kasilyas karyerasını başa vurdu


  • Offside
  • 16:25 04.08.2020
  • Oxunma sayı: 376
Kasilyas karyerasını başa vurdu

İspaniya millisinin və "Real"ın sabiq futbolçusu İker Kasilyas peşəkar karyerasına son qoyub.

Corner.az-ın məlumatına görə, bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib.

"Əsas olan arzuladığınız təyinat nöqtəsi deyil, sizi müşayiət edən insanlar kimi getdiyiniz yoldur. Hər şey görülən iş və səylə qazanılır. Tərəddüd etmədən deyə bilərəm ki, bu, həm yol, həm arzu, həm də hədəf oldu. Sağ olun", veteran qolkiper yazıb.

Qeyd edək ki, 2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm Portuqaliya "Portu"sunun heyətində meydana çıxmayıb. 







Offside