5 dekabr 2025. Cümə

Azərbaycanlı futbolçu iki həftə komandasına kömək edə bilməyəcək


  • Offside
  • 22:01 04.08.2020
  • Oxunma sayı: 302
Azərbaycanlı futbolçu iki həftə komandasına kömək edə bilməyəcək

Gürcüstan çempionatının 8-ci turunda “Dinamo Batumi” ilə oyunun 10-cu dəqiqəsində zədələnən "Samtrediya"nın azərbaycanlı futbolçusu Nicat Qurbanovun durumuna aydınlıq gəlib.

Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ağır zədəyə görə meydanı erkən tərk etməli olan yarımmüdafiəçi bu gün müayinədən keçib.

Qurbanovun əzələ problemi olduğu və azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Qeyd edək ki, 8 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Əsas heyət üzvlərindən olan Nicat bu mövsüm 3 qol vurub.







Offside