- Offside
- 23:46 19.03.2026
UFC-də
çıxış edən ABŞ ermənisi Edmen Şahbazyan avqustun 1-də Derek Bransonla döyüş
öncəsi oktaqona qondarma Dağlıq Qarabağ bayrağı ilə çıxdığı üçün turnirdən
qovulub.
Corner.az xəbər
verir ki, 22 yaşlı “Qızıl oğlan” ləqəbli idmançı “UFC Fight Night 173”
döyüşündə uduzub. Amma onun qaldırdığı bayraq Azərbaycan tərəfinin qəzəbinə tuş
gəlib.
Azərbaycan
və Türkiyə səfirlikləri, Gənclər və İdman Nazirliyi tərəfindən UFC prezidenti
Deyna Uayta göndərilən məktublara cavab olaraq idmançı həm turnirdən qovulub,
həm də cərimələnib. Bunu onun məşqçisi Edmond Tarverdyan deyib:
“Mənə
zəng gəldi və məlumatlandırıldım ki, Rusiyadakı Türkiyə səfirliyi və Türkiyə
bayraqdan şikayət edib. Onlar deyib ki, ermənilər terrorçudur və oktaqona bu
bayraqla çıxmaq hüquqları yoxdur. Həmçinin Türkiyə və Rusiyadakı Azərbaycan
səfirliklərindən də şikayət olunub...
UFC-nin
sponsoru olan “Reebok” tərəfindən bizə çatacaq məbləğdən cərimə kimi məhrum
olunduq. Təəssüf ki, Azərbaycan və Türkiyə səfirlikləri məqsədlərinə çatdılar.
Bizə görə əziyyət çəkən UFC heyətindən üzr istəyirəm...”(oxu)