- Offside
- 23:46 19.03.2026
“Boccia Idman Federasiyasının “milli komandası təlim məşq toplantısı keçirir.
Corner.az xəbər verir ki, milli komandanın üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev mühitində məşq etdiyi üçün “Boccia İdman Federasiyası” Zaqatala İdman Kompleksində təlim-məşq toplanışı həyata keçirir.
Avqustun 10-dən 19-a kimi davam edəcək toplanışda komandanın 20-yə yaxın üzvü iştirak edir.
Qeyd edək ki, təlimlər zamanı idmançılar sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edir.