- Offside
- 23:58 22.11.2024
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi "Tata Steel Chess" beynəlxalq turniri davam edir.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, yarışın VI turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu olan norveçli Maqnus Karlsenlə qarşılaşıb.
Görüş azərbaycanlı şahmatçının məğlubiyyəti ilə başa çatıb. Yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov isə çinli Din Lijenlə heç-heçə edib.
Turnir cədvəlində vəziyyət: Nepomnyaşi, Lijen, Giri, Karlsen – hərəyə 4 xal, Vidit, Anand – 3,5, Rəxəbov – 3, Məmmədyarov, Duda, Şenklend, Rapport –2,5, Fedoseyev, Kramnik, van Forest – 2.