21 mart 2026. Şənbə

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı


  • Offside
  • 12:49 12.08.2020
  • Oxunma sayı: 357
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə düşüb.

Corner.az xəbər verir ki, oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus pandemiyasına görə 2021-ci ildə keçiriləcək.

Bununla yanaşı, 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ matçları da təxirə salınıb. Qərar FİFA ilə məsləhətləşdikdən sonra verilib.

Qeyd edək ki, daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.







Offside