13 iyul 2026. Bazar ertəsi

Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək


  • Offside
  • 13:40 12.08.2020
  • Oxunma sayı: 350
Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək

Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığması 24 - 28 avqustda Fransada təşkil ediləcək Avropa Çempionatında iştirak etməyəcək. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF)  verilən məlumata görə, buna səbəb yerli hökümətin ölkəyə daxil olan şəxslərdən karantin rejimini tələb etməsidir. 

Komanda avqustun sonunadək Tovuzda hazırlıq keçəcək, yığma üzvlərinin sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.(report)







Offside