- Offside
- 17:18 23.11.2024
2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan rəsmi “Boccia İdman Federasiyası” bu idman növü üzrə fəaliyyətə 2014-cü ildən başlamışdır.İlk yarandığı gündən bu günə kimi “Boccia könüllüləri” federasiyanın yarışlarında ,təlimlərində həmçinin, idmançıların məşq və yarışlara hazırlıq prosesində yaxından iştirak etmişdir.
2019-cu ildən rəsmi fəaliyyət göstərən “Boccia könüllüləri” ölkənin ictimai həyatında fəal iştirak edir, beynəlxalq yarışlarda idmançılara dəstək olur, eyni zamanda öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətlərə yeni nəfəs verir.
17 avqust 2019-cu ildə yaranan və bugün bir yaşını qeyd edən “Boccia könüllüləri” hərəkatının məqsədi gənclərin fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaq, cəmiyyətdə fəal iştirakını təmin etməkdir.
Rəsmi fəaliyyətinin 1 ilini qeyd edən Boccia İdman Federasiyasının könüllülərini Federasiyasının Baş katibi İlham Məhərrəmov təbrik edib:
“Federasiyanın fəaliyyətə başladığı gündən bizimlə olan və boccia ailəsinə yeni qatılan bütün könüllülərimizi Boccia komandası adından təbrik edirəm və istər yarışlarda,istər günlük məşqlərdə və ya tədbirlərdə bizimlə birlikdə çalışdıqları üçün hər birinə minnətdarlığımı bildirirəm.Dəyərli könüllülərimizə həm federasiya daxilindəki fəaliyyətlərində həm fərdi inkişafı üçün atdıqları hər addımda uğur qazanmalarını diləyirəm”