- Offside
- 17:18 23.11.2024
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "AlphaTauri" komandasının pilotu Pyer Qaslinin evi qarət olunub.
Corner.az-ın məlumatına görə, 24 yaşlı fransalı sürücü bu barədə "Motorsportweek" nəşrinə açıqlamasında bildirib.
O, Normandiyadakı evinin qarət edildiyini söyləyib: "Məlum oldu ki, dünyada həqiqətən heç kimə hörmət etməyən dəyərsiz insanlar var. Onlar zinət əşyaları, eynəklər və yarış dəbilqələini oğurlayıblar". (report)