- Offside
- 17:18 23.11.2024
Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasının futbolçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib.
Corner.az xəbər verir ki, 35 yaşlı hücumçu yerli çempionatın 26-cı turunda səfərdə "Əl-Əhli" keçirilən matçın (2:1) 12-ci dəqiqəsində huşunu itirib. Fransalı futbolçu həkimlərin müdaxiləsindən sonra özünə gəlib və matçın sonunadək meydanda olub.
Qeyd edək ki, B.Qomis 2017/2018 mövsümündə "Qalatasaray"da çıxış edərkən "Kasımpaşa" ilə matçda da huşunu itirmişdi.