24 noyabr 2024. Bazar günü

Ronaldinyo ev dustaqlığından azad edildi


  • Offside
  • 09:49 25.08.2020
  • Oxunma sayı: 325
Ronaldinyo ev dustaqlığından azad edildi

Braziliya millisinin sabiq yarımmüdafiəçisi Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb. 

Corner.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə France-Press agentliyi məlumat yayıb. 

Məhkəmə qərarına əsasən, Ronaldinyo 90 min dollar, qardaşı Roberto de Assis Moreyra isə 110 min dollar cərimə ödəməlidir.

Eyni zamanda eks dünya çempionu 1 il ərzində və onun qardaşı isə 2 il ərzində hər 3 aydan bir məhkəməyə gəlməlidir.

Futbolçunun harasa getməsində heç bir problem olmayacaq, lakin o, bu barədə məhkəməyə məlumat verməlidir.(report)







Offside