- Offside
- 19:12 05.12.2025
Düseldorf prokurorluğu Almaniya millisinin sabiq futbolçusu Kristof Metselderə uşaq pornoqrafiyasının yayılmasına görə rəsmi ittiham irəli sürüb.
Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, istintaqın nəticələrinə əsasən, veteran müdafiəçi 2019-cu il 9 iyul - 1 sentyabr tarixləri arasında 3 nəfərə bununla bağlı oxşar sənədlər göndərib.
Həmin şəxslərin məhkəməyə şahid qismində çıxacaqları bildirilib.
2019-cu ildə kriminal polis bölməsinin Metselderin evində apardığı araşdırma nəticəsində uşaq pornoqrafiyasına aid 297 sənəd aşkarlanıb.
Qeyd edək ki, Metselder ölkəsində "Bavariya" və "Şalke", İspaniyada isə "Real Madrid"in formasını geyinib.(report)