5 dekabr 2025. Cümə

Messinin cəzası ləğv edildi


  • Offside
  • 10:39 12.09.2020
  • Oxunma sayı: 308
Messinin cəzası ləğv edildi

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Lionel Messinin Argentina millisindəki cəzasını ləğv edib.

Corner.az xəbər verir ki, 33 yaşlı hücumçu ötən il Amerika Kubokunun 3-cü yer uğrunda Argentina və Çili arasında keçirilən oyununda (2:1) rəqibin futbolçusu Qari Medellə mübahisə etdiyinə görə qırmızı vərəqə alıb. Argentina Futbol Federasiyasının prezidenti Kladui Tapia isə Messinin cəzasının ləğv edilməsi üçün CONMEBOL-a müraciət ünvanlayıb. Təşkilatın prezidenti Aleyandro Dominqo öz növbəsində futbolçunun diskvalifikasiya müddəti başa çatdığını və onun növbəti matçlarda iştirak edə biləcəyini bildirib.

Qeyd edək ki, L.Messi bu cəzaya görə Almaniya, Çili və Meksika yığmaları ilə yoldaşlıq görüşlərini buraxmışdı.(qol)







Offside