- Offside
- 17:18 23.11.2024
"Monako"dan "Sampdoriya" klubuna keçmək üzrə olan Balde Keytada koronavirus aşkarlanıb.
Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun tibbi müayinə zamanı testinin nəticəsi pozitiv olub.
Tərəflər seneqallı oyunçunun sonradan 12 milyon avroya satın alınması şərti ilə icarəyə verilməsinə razılaşıblar. Keyta "Sampdoriya"nın heç bir futbolçusu ilə əlaqədə olmayıb və karantinə alınıb.
Qeyd edək ki, 2017-ci ildən "Monako"nun formasını geyinən Balde Keyta daha əvvəl "Latsio" və "İnter"də çıxış edib.