“Fənərbaxça” hücumçusu Mixael Frayı yenidən icarəyə göndərib.
Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu bu mövsüm Belçikanın “Vasland-Beveren” klubunun uğurları üçün çalışacaq.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. İsveçrəli futbolçunun Belçika təmsilçisinə 1 illik icarəyə verildiyi vurğulanıb.
Qeyd edək ki, M.Fray 2018-ci ildən “Fənərbaxça”da çıxış edir.