- Offside
- 17:18 23.11.2024
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun Milli Futbol Liqasının (USL) XV turunda "San-Dieqo Loyal"la səfər oyunu yarımçıq dayandırılıb.
Corner.az xəbər verir ki, birinci hissənin əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Kollin Martin qırmızı vərəqə aldığı üçün komandalar ikinci hissədə meydana çıxamayıblar.
Görüşün homofobiya söhbətinə görə dayandırıldığı bildirilib. Hələlik oyun və komanda ilə bağlı hansı qərarın veriləcəyi bilinmir. İlk hissədən sonra hesab "San-Dieqo Loyal" komandasının xeyirinə olub - 3:1.
Qeyd edək ki, Rüfət Dadaşov bu matçda meydana start heyətində çıxmayıb. 29 yaşlı hücumçunun aktivində 11 qol var.