“Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSJ-dən ayrılan və azad agent statusu daşıyan hücumçu Edinson Kavanini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı uruqvaylı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. “Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Amad Traore Diallonu da transfer edib. 18 yaşlı futbolçunun özü və klubu ilə bütün məsələlərdə razılıq əldə olunub. Gənc futbolçu “qırmızı şeytanlar”a 2021-ci ilin yanvar ayından etibarən qoşulacaq.
Mançester Yunayted öz müdafiəçisi Kris Smollinqi isə “Roma”ya satıb. 31 yaşlı futbolçu ötən mövsüm icarə əsasında formasını geyindiyi İtaliya təmsilçisinə birdəfəlik transfer olunub. Keçid “canavarlar”a 15 milyon avroya başa gəlib. Premyer Liqa təmsilçisi daha 5 milyon avro bonus əldə edə bilər.
Qeyd edək ki, Kavani 2013-cü ildən PSJ-də çıxış edirdi.