24 noyabr 2024. Bazar günü

Erməni ilə döyüşmək UFC-də iştirakdan vacibdir


  • Offside
  • 15:41 07.10.2020
  • Oxunma sayı: 369
Erməni ilə döyüşmək UFC-də iştirakdan vacibdir

"Bakıda kəməri qoruya bilsəm, UFC və ya "Bellator"da döyüşmək istərdim. Çünki vəfat etmiş qardaşım mənim bu turnirlərdə çempion olmağımı istəyirdi. Hətta qəbrinin üstündə də onun "Bellator" kəməri ilə şəklini qoymuşam. Bunun üçün ABŞ-a getməliyik".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov "Metaratings" nəşrinin azərbaycanlı jurnalisti Anar İbrahimova müsahibəsində deyib.

Azərbaycanlı idmançı Çeçenistan əsilli isveçli məşhur döyüşçü Həmzət Çimayevlə qarşılaşmaq istədiyini bildirib: "Güclü olmaq üçün güclü rəqiblərlə döyüşmək lazımdır".

Son vaxtlar cəbhə xəttində baş verən hadisələrə də toxunan azərbaycanlı idmançı vəziyyətlə bağlı ölkəyə qayıtmaqdan qorxmadığını söyləyib: "Azərbaycana getməkdən niyə çəkinməliyəm? Mən belə şeylərdən qorxmuram. Döyüşkən xarakterimlə məmnuniyyətlə Vətənimi qorumağa hazıram. Siyasət mənlik deyil. Bundan başım çıxmır. Hərənin öz işi var. Əlimə silah alıb, döyüşə getməyə hazıram".

Abbasov "Erməni ilə döyüşərdiniz" sualına bu cür cavab verib: "Niyə də olmasın? Xatırlayırsınızsa, bir dəfə belə bir şey olmuşdu. Mən döyüşməyə hazır olduğumu söylədim, o (Rusiyanı təmsil edən erməni əsilli idmançı Eduard Vartanyanı nəzərdə tutur - red.) isə imtina etdi. Halbuki onunla qarşılaşmağı çox istəyirdim. Bilirsiniz necədir? Mənim üçün erməni ilə döyüşmək UFC-də iştirakdan vacibdir".

Qeyd edək ki, Nəriman Abbasov sentyabrın 26-da rusiyalı idmançı Mixail Qogitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.







Offside