- Offside
- 21:32 05.12.2025
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə "Qarabağ"ın sabiq oyunçusu İbrahim Şehiç də biganə qalmayıb.
Corner.az-ın məlumatına görə, hazırda Türkiyənin "Konyaspor" komandasında çıxış edən 32 yaşlı qapıçı bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.
Bosniya və herseqovinalı qolkiper üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"ın formasını 2015 - 2018-ci illərdə geyinib.