- Offside
- 23:46 19.03.2026
"Qalatasaray"ın futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.
Corner.az-ın məlumatına görə, bayrağımızın altında çəkilmiş fotosunu paylaşan 33 yaşlı yarımmüdafiəçi üzərində bu sözləri yazıb: "Bir millət, iki dövlət".
Qeyd edək ki, təcrübəli futbolçu Türkiyədə "Qalatasaray"la yanaşı, "Başakşehir"in də formasını geyinib. O, həmçinin İspaniyanın "Atletiko" və "Barselona" komandalarında çıxış edib.