21 mart 2026. Şənbə

Hakan Şükür də Azərbaycana dəstək oldu


  • Offside
  • 23:12 17.10.2020
  • Oxunma sayı: 325
Hakan Şükür də Azərbaycana dəstək oldu
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür Azərbaycana dəstək nümayiş etdirib.
 
Corner.az xəbər verir ki, veteran futbolçu sosial şəbəkə hesabında bunları qeyd edib:
 
“Ermənistanın, qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik”.
 








Offside