13 iyul 2026. Bazar ertəsi

Luka Toni qarət edildi


  • Offside
  • 14:46 24.10.2020
  • Oxunma sayı: 417
Luka Toni  qarət edildi

İtaliya millisinin və "Bavariya"nın sabiq futbolçusu Luka Toninin ailəsi silahlı soyğuna məruz qalıb.

Corner.az xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu bu barədə "Instagram" hesabından məlumat verib.

Toni cümə axşamı 3 silahlı şəxsin evi qarət etdiyini bildirib: "Ən əsası odur ki, ailəmdə hər şey qaydasındadır. Bizim üçün böyük qorxu olsa da, zərər görmədik. Cinayətkarların dəyərli əşyaları götürməsi kədərlidir".

Qeyd edək ki, Luka Toni 2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu olub.2007-2010-cu illərdə isə Bavariyada çıxış edib.







Offside