24 noyabr 2024. Bazar günü

Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı


  • Offside
  • 11:39 29.10.2020
  • Oxunma sayı: 299
Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı

Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

Corner.az xəbər verir ki, dünya çempionu bununla bağlı şəxsi İnstaqram səhifəsində paylaşım edib.

O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Eyni zamanda sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, R.Quliyev bundan əvvəl ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşmışdı.

Xatırladaq ki, 30 yaşlı idmançı 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.








Offside