- Offside
- 17:18 23.11.2024
Uels millisinin baş məşqçisi və “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqzi polis saxlayıb.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis sevgilisi Keyt Qrevilli döyməkdə ittiham olunur.
Sözügedən xanımın yüngül xəsarət aldığı və xəstəxanaya yerləşdirilməkdən imtina etdiyi bildirilib. Polis bölməsində bir neçə saat qaldıqdan sonra Giqqz istintaq başlayanadək sərbəst buraxılıb.
Qeyd edək ki, R.Giqqz 2018-ci ildən Uels millisini çalışdırır.