- Offside
- 17:18 23.11.2024
Xroniki subdural hematoma diaqnozu qoyulan Argentinanın "Ximnasiya və Esqrima" klubunun baş məşqçisi Dieqo Maradona əməliyyat olunub.
Corner.az "Ole" nəşrinə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisin əməliyyatı uğurlu keçib.
Futbolçunun həkimi Leopoldo Luke xəstənin durumun yaxşı olduğunu bildirib: "Əməliyyat 120 dəqiqə çəkdi. Hər şey normal və fəsadsız başa çatdı".
Qeyd edək ki, Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya və Esqrima" komandasının "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək, qarşılaşmanı sonadək izləməyib. Sabiq hücumçu paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirilib.
Əlavə edək ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.