24 noyabr 2024. Bazar günü

Sosial şəbəkədə pullarını paylaşan boksçu həbs olundu - FOTO


  • Offside
  • 10:44 04.11.2020
  • Oxunma sayı: 372
Sosial şəbəkədə pullarını paylaşan boksçu həbs olundu  - FOTO

ABŞ boksçusu Edrien Broner həbs edilib.

Corner.az "clevelend.com" saytına istinadən xəbər verir ki, buna səbəb idmançının "İnstagram" səhifəsində etdiyi paylaşım olub.

Ohayo məhkəməsi 2018-ci ildə qadına hücum etməkdə ittiham olunan Bronerin zərərçəkmişə 800 000 avro təzminat ödəməli olduğu barədə qərar çıxarsa da, o, cəmi 13 ABŞ dollarının olduğunu bildirib.

Bu yaxınlarda sosial şəbəkə hesabında qalaq-qalaq pullarla çəkilmiş videosunu paylaşan boksçu məhkəmə qərarına hörmətsizlik etməkdə günahlandırılaraq həbs olunub.

İdmançı qadının vəkilinə maddi vəziyyəti barədə tam və doğru məlumat verənədək həbsxanada qalmalıdır.(report)








Offside