- Offside
- 17:18 23.11.2024
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və "Qəbələ"nin sabiq üzvü Alen Askerov xoşagəlməz hadisə ilə üzləşib.
Corner.az REN TV-yə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Rusiyanın paytaxtı Moskvada döyülüb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən futbolçuya kəllə-beyin travması qoyulub.
Polisə ifadə verməkdən imtina edən Askerov hücuma "Rijskaya" metro stansiyası yaxınlığında məruz qaldığını bildirib. Futbolçu ona xəsarət yetirən şəxsin öz tanışı olduğunu desə də, adını açıqlamayıb.