24 noyabr 2024. Bazar günü

Melonun ayağı qırıldı


  • Offside
  • 21:11 09.11.2020
  • Oxunma sayı: 272
Melonun ayağı qırıldı

Braziliyanın millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Felipe Melonun ayaq biləyi sınıb.

Corner.az xəbər verir ki, hazırda “Palmeyras”da çıxış edən 37 yaşlı yarımmüdafiəçinin Braziliya çempionatında “Vasko da Qama”ya qarşı keçirdikləri oyunun (1:0) 80-ci dəqiqəsində rəqibi ilə top uğrunda mübarizədə xəsarət alıb. Meydanı xərəkdə tərk edən Melo dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, karyerası ərzində İspaniyada “Rasinq”, “Malyorka”, “Almeriya”, İtaliyada “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray” kimi klublarda çıxış edən Melo, 2017-ci ilin yayından “Palmeyras"da oynayır.







Offside