5 dekabr 2025. Cümə

Neymar millidən kənarlaşdırıldı


  • Offside
  • 11:05 13.11.2020
  • Oxunma sayı: 289
Neymar millidən kənarlaşdırıldı

 PSJ-nin futbolçusu Neymar Braziliya millisinin oyunlarında iştirak edə bilməyəcək.

Corner.az "Globe Esporte" nəşrinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun "Başakşehir" ilə matçda (2:0) bud əzələsi zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında yaşıl meydanlara qayıdacaq.

Təcrübəli futbolçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmalarda oynamayacaq. O, artıq yığmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.







Offside