8 may 2026. Cümə

Əfsanəvi qapıçı vəfat etdi


  • Offside
  • 01:40 16.11.2020
  • Oxunma sayı: 338
Əfsanəvi qapıçı vəfat etdi
İngiltərə millisinin, “Tottenhem” və “Liverpul”un sabiq qapıçısı Rey Klemens vəfat edib.
 
Corner.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Məlumatda veteran futbolçunun 72 yaşında öldüyü bildirilib. O, uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
Klemens “Liverpul”un heyətində 5 qat İngiltərə çempionudur. O, üç dəfə Çempionlar kubokunun, həmçinin ölkə kuboku və Liqa kubokunun qalibidir. Roy İngiltərə millisində 61 matç keçirib.






Offside