21 mart 2026. Şənbə

Amil Ağacanov futbol federasiyasında işə başladı


  • Offside
  • 17:31 17.11.2020
  • Oxunma sayı: 400
Amil Ağacanov futbol federasiyasında işə başladı
Tanınmış azərbaycanlı qapıçı Amil Ağacanov Naxçıvan Futbol Federasiyasında işə başlayıb. 

Bu barədə qolkiper sosial şəbəkədə məlumat paylaşıb. 

Bununla əlaqədar veteran futbolçu ilə əlaqə saxladıq və yeni işi ilə bağlı məlumat öyrəndik. 

Ağacanov Fanat.Az-a Naxçıvan Futbol Federasiyasında hansı vəzifədə çalışacağını və gələcəklə bağlı planları açıqladı:

"Təklif federasiya rəhbərliyindən gəldi. Danışdıq, strukturu, planlarını öyrəndim və çox bəyəndim deyə razılaşdım. Gələn mövsüm "Araz Naxçıvan" I Divizionda oynayacaq. Mən isə həm klubda qapıçılar üzrə məşqçi, həm də bütün Naxçıvan üzrə qapıçıların koordinatoru olacam. Artıq iki həftədir burdayam və işə başlamışam. Futbolun inkişafı üçün işlər görülür və bu çox sevindirici haldır.

Qeyd edək ki, 37 yaşlı əlcək ustası karyerası ərzində "Olimpik", "Bakı", AZAL, "Simurq" kimi klublarda çıxış edib. 2004-2005-ci illərdə 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü olub və 8 görüşdə meydana çıxıb. Ağacanov son iki ilini I Divizion təmsilçisi "Zaqatala" klubunda keçirib. 






Offside