Həbib və McGregor yarışlardan uzaqlaşdırıldı
-
Offside
-
01:40 30.01.2019
-
Oxunma sayı: 670
Atletika Komissiyası ötən ilin oktyabrında Conor McGregor və Həbib Nurməhəmmədov arasında MMA üzrə keçirilən qaydasız döyüşdən sonra baş verən davayla bağlı qərarını açıqlayıb.Corner.az xəbər verir ki, qurumun ABŞ-ın Nevada ştatında keçirilən iclasında hər iki idmançıya ağır cəza verilib. UFC üzrə yüngül çəkili çempion Nurməhəmmədov 9 ay, McGregor isə 6 ay yarışlardan kənarlaşdırılıb. Bundan başqa, rusiyalı idmançı 500 min, irlandiyalı döyüşçü isə 50 min dollar məbləğində cərimələniblər.Qeyd edək ki, cəzalar ötən ilin oktyabr ayının 6-dan etibarən qüvvədədir. Həmin tarixdə keçirilən döyüşdə Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədərək, ona qalib gəlmişdi.(qol.az)