Həbibdən qərara etiraz - "Əbədi siyasət"
-
Offside
-
14:39 30.01.2019
-
Oxunma sayı: 601
İrlandiyalı Conor McGregor'la döyüşdən sonra etdiyi hərəkətlərə görə Nevada ştatının Atletika Komissiyası tərəfindən 9 ay müddətinə yarışlardan kənarlaşdırılan Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov qərarla bağlı narazılığını bildirib.
Corner.az xəbər verir ki, o, “Twitter” hesabında bu qərara etiraz əlaməti olaraq, “əbədi siyasət” deyə paylaşım edib.Qeyd edək ki, Atletika Komissiyası 6 aylıq diskvalifikasiya ilə yanaşı, Həbibi həmçinin 500 min dollar cərimələyib. Tərəflər arasında görüş oktyabr ayında baş tutub. Məhz Nurməhəmmədovun cəzası da həmin vaxtdan hesablanacaq. Artıq qarşılaşmanın üzərindən 3 ay keçdiyini nəzərə alsaq, rusiyalı döyüşçü daha 6 ay rinqdən uzaq olacaq. Nurməhəmmədovun kəməri isə əlindən alınmayacaq. Onun rəqibi Conor McGregor isə 50 min dollar cərimələnib.(qol.az)