- Offside
- 13:25 24.11.2024
Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünün dəqiq səbəbi açıqlanıb.
Corner.az "Clarin" nəşrinə istinadən xəbər verir ki, tibbi ekspertizanın rəyinə əsasən, argentinalının xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü məlum olub. Bundan əlavə, Maradonanun ürəyində genişlənmiş kardiomiopatiya aşkar edilib. Onun normadan iki dəfə böyük olub.
Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.(qol)