5 dekabr 2025. Cümə

DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi


  • Offside
  • 23:49 29.11.2020
  • Oxunma sayı: 398
DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi

Seneqal millisinin sabiq futbolçusu Papa Buba Diop 42 yaşında vəfat edib.

Corner.az xəbər verir ki, buna səbəb uzun sürən xəstəliyi olub.

Keçmiş yarımmüdafiəçi Avropada "Lans", "Fulhem" və "Portsmut" kimi klublarda çıxış edib. O, yığmada 63 oyuna 11 qol vurub. Millidə isə Diop DÇ-2002-də 3 dəfə fərqlənib. Həmin qollardan biri açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmaya təsadüf edib - 1:0. Seneqal yığması debüt etdiyi mundialda 1/4 finaladək irəliləyib. Komandanın qarşısını əlavə vaxtda İlhan Mansızın qolu ilə Türkiyə kəsib - 0:1.

Diop habelə 4 dəfə Afrika Millətlər Kubokunda iştirak edib və bunlardan birində - 2002-ci ildə gümüş medal qazanıb.







Offside