5 dekabr 2025. Cümə

UFC prezidenti Həbibin qarşıdakı görüşündən danışdı


  • Offside
  • 09:04 30.11.2020
  • Oxunma sayı: 355
UFC prezidenti Həbibin qarşıdakı görüşündən danışdı

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC-nin yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun qarşıdakı görüşündən bəhs edib.

Corner.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Uayt Nurməhəmmədovla görüşəcəyini təsdiqləyib. O, bildirib ki, idmançı ilə Əbu-Dabidə danışıqlar aparacaq.

"Bu, tezliklə olacaq. Nə vaxt ki, vaxt gələcək, mən sizə məlumat verəcəm. İnanıram ki, Nurməhəmmədov rekord 30-0-a görə qayıdacaq", - UFC-nin “Veqas 15” yarışından sonra keçirilən mətbuat konfransında Dana Uayt deyib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov UFC 254 yarışında amerikalı MMA döyüşçüsü Castin Qetji üzərində qələbə qazanıb və peşəkar karyerasının tamamlandığını elan edib.







Offside