5 dekabr 2025. Cümə

Həbib bu məbləğə karyerasını bərpa edə bilər


  • Offside
  • 17:05 02.12.2020
  • Oxunma sayı: 366
Həbib bu məbləğə karyerasını bərpa edə bilər

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını 100 milyon ABŞ dolları qarşılığında bərpa edə bilər.

Corner.az TASS-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı döyüşçü mətbuat konfransında bildirib.

Nurməhəmmədov deyib ki, UFC prezidenti Dana Uayt ona, böyük ehtimalla, pul təklif edəcək: "Bu, 100 milyon dollar olarsa, həlli mümkün problem olacaq. Görək, nə təklif edəcək".

Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb.







Offside