- Offside
- 13:25 24.11.2024
Braziliyanın "Şapekoense" klubunun prezidenti Paulo Maqro dünyasını dəyişib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, funksioner 59 yaşında koronavirusdan ölüb.
Maqro dekabrın 18-dən xəstəlik səbəbi ilə reanimasiya şöbəsində olub. Koronavirusa yoluxduqdan sonra onun böyrəyində problemlər aşkarlanıb.
Qeyd edək ki, Paulo Maqro 2019-cu ildən "Şapekoense"nin prezidenti idi.