- Offside
- 13:25 24.11.2024
"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanqın qardaşı Villi Obameyanq İnstaqramdakı canlı yayım zamanı tapançadan atəş açıb.
Corner.az "The Sun"a istinadən xəbər verir ki, hadisə 2020-ci ilin son dəqiqələrində baş verib. Bu zaman canlı yayımı 5 mindən çox insan izləyib. Villi öz başının yanından havaya atəş açıb. Bu zaman Pyer-Emerik bir qədər əsəbi görünüb və qardaşının hərəkətini bir qədər təəccüblü adlandırıb.
Qeyd edək ki, Villi "Milan"ın yetirməsidir. O, karyerası ərzində az tanınan komandalarda oynayıb.(qol)