İspaniyalı qolkiper yol qəzasında öldü
-
Offside
-
15:51 04.01.2021
-
Oxunma sayı: 314
“Atletik” klubunun yetirməsi Aytor Qandiaqi vəfat edib. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2019-cu ildən “Gernika”da çıxış edən 23 yaşlı futbolçu yol qəzasında dünyasını dəyişib. İdarə etdiyi avtomobil avtobusla toqquşan Qandiaqi hadisə yerində həlak olub.