13 iyul 2026. Bazar ertəsi

Morqan De Sanktis avtomobil qəzası keçirdi


  • Offside
  • 19:19 06.01.2021
  • Oxunma sayı: 293
Morqan De Sanktis avtomobil qəzası keçirdi
İtaliya millisinin sabiq qapıçısı Morqan De Sanktis avtomobil qəzasına uğrayıb.
 
Corner.az xəbər verir ki, gecə saatlarında paytaxt Romada qəza keçirən 43 yaşlı keçmiş futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
 
Onun həyati təhlükəsi olmasa da, reanimasiyada müalicə aldığı bildirilir. 
 
Qeyd edək ki, Morqan De Sanktis hazırda “Roma”nın idarə heyətində çalışır. O, 2008-09 mövsümündə icarə əsasında“Qalatasaray”da forma geyinib. 






Offside