22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan əsilli Elnur Səmədov peşəkar boks üzrə Rusiya çempionu olub


  • Offside
  • 11:39 03.02.2019
  • Oxunma sayı: 637
Azərbaycan əsilli Elnur Səmədov peşəkar boks üzrə Rusiya çempionu olub

 Azərbaycan əsilli idmançı Elnur Səmədovyüngül çəkidə peşəkarlar arasında boks üzrə Rusiya çempionu olub. 

Bu barədə Corner.az "Report"a istinadən xəbər verir.

Ümumrusiya boks forumu çərçivəsində təkbətək döyüş Anapada keçib.

25 yaşlı Səmədov 10 raundluq təkbətək döyüşdə Visxan Murzabəyova qalib gəlib və prezident Kuboku üzrə seçmə yarışın yarımfinalına çıxıb. Prezident Kuboku üzrə seçmə yarışda Səmədov daha bir rusiyalı Ayk Şahnazaryanla görüşəcək. Döyüş bu ilin aprelində keçiriləcək.

Səmədovun aktivində 8 qələbə (1 nokautla) və 1 məğlubiyyət var. Qeyd edək ki, Elnur Səmədov Astara rayonunun Şahağacı kəndində anadan olub.

V.Murzabəyov isə 18 qələbəyə (12 nokautla) imza atıb və 4 dəfə məğlub olub. 







Offside