24 noyabr 2024. Bazar günü

FIFA-nın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib


  • Offside
  • 13:43 08.01.2021
  • Oxunma sayı: 224
FIFA-nın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

FIFA-nın keçmiş prezidenti Jozef Blatter səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

Corner.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, 84 yaşlı Blatterin vəziyyəti ağır kimi qiymətləndirilir, lakin həyati təhlükəsi yoxdur.

Xəstəxanaya yerləşdirilməsinin konkret səbəbi barədə məlumat verilməyib.

Blatterin qızı bildirib ki, atasının vəziyyəti hər gün yaxşılaşır və onun istirahətə ehtiyacı var.

Qeyd edək ki, İsveçrənin Sürix şəhərində yerləşən FIFA muzeyinin layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar təşkilatın keçmiş prezidenti Jozef Blatterə qarşı yerli prokurorluqda cinayət işi açılıb. 84 yaşlı funksioner və onun seçdiyi şirkətlər qanun pozuntularına yol verməkdə şübhəli bilinir.(report)







Offside