22 oktyabr 2024. Çərşənbə axşamı

Bəxtiyar Abbasov Azərbaycan çempionu oldu - FOTO


  • Offside
  • 11:30 04.02.2019
  • Oxunma sayı: 608
Bəxtiyar Abbasov Azərbaycan çempionu oldu - FOTO
Sambo üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb.

Corner.az xəbər verir ki, tanınmış idmançımız Bəxtiyar Abbasov döyüş sambosu üzrə yarışda 90 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 

Bəxtiyar Abbasov yarışda keçirdiyi bütün qarşılaşmalarda rəqiblərinə qalib gələrək ölkə çempionu olub.

Qeyd edək ki, Bəxtiyar Abbasov döyüş sambosu üzrə Dünya Kubokunun mükafatçısı olub. WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur.

"Oxu.az"






Offside