- Offside
- 13:25 24.11.2024
Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.
Federasiyadan verilən məlumata görə, qapıçı Cavad Məmmədov ilk dəfə əsas yığmanın düşərgəsinə qovuşub.
20 yaşlı qolkiper “Neftçi” İK-nın üzvüdür.
Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 18:00-da başlayacaq.