5 dekabr 2025. Cümə

Klub prezidenti və 4 futbolçu təyyarə qəzasında həlak oldu


  • Offside
  • 20:28 24.01.2021
  • Oxunma sayı: 277
Klub prezidenti və 4 futbolçu təyyarə qəzasında həlak oldu

Braziliyanın D Seriyasında mübarizə aparan "Palmas" klubu təyyarə qəzasına düşüb.

Corner.az Braziliya mətbuatına istinadən xəbər verir ki, bədbəxt hadisə bu gün səhər saatlarında baş verib.

Luzimanqese limanından havaya qalxan şəxsi təyyarə bir neçə dəqiqə sonra uçuş zolağının yaxınlığındakı əraziyə düşərək partlayıb. Təyyarədə olan klub prezidenti Lukas Meyra və dörd futbolçu - Lukas Praksedes, Qilyerme Noe, Ranule, Markus Molinari həlak olub.

Futbolçular və klub rəhbərinin "Vila Nova" ilə oyun üçün Qoyaniyaya uçduğu bildirilib.(qol)







Offside