“Bavariya”nın müdafiəçisi Jerom Boatenqin keçmiş sevgilisi Kasia Lenhardt evində ölü tapılıb.
Corner.az xəbər verir ki, Almaniya mətbuatı keçmiş modelin 25 yaşında intihar etdiyini yazıb.
Boatenq də bu hadisəni diqqətsiz qoymayıb. O, hazırda Qətərdə klublararası dünya çempionatında iştirak edən komandasından ayrılaraq, Almaniyaya qayıdıb.
Qeyd edək ki, “Bavariya” klublararası dünya çempionatının finalında “Tiqres” ilə qarşılaşacaq. Münhen klubu Boatenqin həlledici görüşdə iştirak etməyəcəyini təsdiqləyib.
Kasia Lenhardt Boatenqlə cəmi 15 aylıq münasibəti olub. Model ölümündən bir həftə öncə sosial şəbəkə hesabında yalanlardan bezdiyi üçün Boatenqdən ayrıldığını açıqlamışdı. 32 yaşlı futbolçu da fevralın 2-də “Instagram” hesabında Kasia ilə münasibətlərinin sona çatdığını bəyan etmişdi:
“Medianın da bildiyi kimi, Kasia Lenhardt ilə münasibətlərimə son qoymuşam. Yollarımız artıq ayrılıb. Bu, üzücü bir durumdur. Amma ailəm və mənim üçün doğru olanı bu idi”.